Milli Məclisin deputatı, AzQAC-ın prezidenti Novruz Aslanov Cəmiyyətin könüllüsü Bayram Vəliyevi anadan olmasının 40 illik yubileyi münasibətilə təbrik etmişdir. Bu əlamətdar gün münasibətilə Novruz Aslanov təbrikində Bayram Vəliyevin uzun illər Cəmiyyətdəki uğurlu fəaliyyətindən, hətta, icraçı katib kimi Cəmiyyətin inkişafına töhfələr vermiş bir insan kimi uğurlarından söz açmış və ona gələcək işlərində nailiyyətlər arzulamışdır. Onun AzQAC-ı və Azərbaycanı ölkədən kənarda layiqincə təmsil etdiyini bildirmişdi. Ona Yubiley münasibətilə xatirə hədiyyəsi təqdim etmişdir. Bu təbriklərə, xoş arzulara AzQAC-ın digər əməkdaşları da qoşulmuş, xoş arzularını ifadə etmişlər.
Bayram Vəliyev ona göstərilən belə diqqətə görə Cəmiyyətin rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirmişdir. Sonda kollektivlə birlikdə xatirə şəkli çəkdirilmişdir.