Azərbaycan Qızıl Aypara Cəmiyyəti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında qurulmuş əməkdaşlıq nəticəsində həyata keçirilən layihə çərçivəsində agentliyin dəstəyi ilə 7000 qutu ərzaq və gigiyena məhsulları cəmiyyətin yerli bölmələrinin vasitəsilə Bakı və regionlarda ən həssas və ehtiyaclı ailələrə paylanılır. Bu layihədən AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan tənha ahıllar, coxuşaqlı ehtiyaclı ailələr yararlandı.Humanitar yardımların paylanılmasında AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşları və könüllüləri fəal iştirak etdilər.Bölməyə gəlmək imkanı olmayan yataq xəstələrimiz bölmə könüllüləri tərəfindən evlərində ziyarət olundu. Gigienik və ərzaq qutuları alan şəxslər göstərilən köməyə görə öz minnətdarlıqlarıını bildirdilər.