17 oktyabr 2015-ci ildə adının hallanmasını istəməyən xeyirxah insan tərəfindən AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan daha ehtiyyaclı şəxslərə ərzaq yardımı paylanıldı. Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə yardımlar könüllülərimiz tərəfindən evlərində çatdırıldı