Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Milli Məclisin deputatı cənab Novruz Aslanovun və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Vitse-Presidenti Migel Villaroelin telefon söhbəti baş verdi.
Söhbəti başlayan Beynəlxalq Federasiyanın Vitse-Presidenti, cənab Villaroel başda Novruz Aslanov olmaqla bütün Azərbaycan Qızıl Aypara Cəmiyyətinə öz adından və Beynəlxalq Federasiya adından salamlarını göndərərək həmrəyliyini və son zamanlar baş verən hadisələrə görə narahatlığını bildirdi.
Milli Cəmiyyətin prezidenti, cənab Novruz Aslanov cənab Villaroelı səmimi ifadələrə və diqqətə görə təşəkkür etdi. O qeyd etdi ki, belə bir vəziyyətdə tərəfaşların, dostların göstərdikləri diqqət və qayğı giqmətlidir və əvəz olunmazdır. Milli Cəmiyyətin prezidenti, cənab Novruz Aslanov mövcud vəziyyət haqqında danışaraq qarşı tərəfin apardığı əməlliyatlarının nəticəsində cəbhə bölgələrində və cəbhə bölgəlindən kənar olan rayonlarda və şəhərlərdə həm infrastruktura və həm də əhaliyə böyük zərbələrin vurulduğunu bildirdi. Belə ki, mülki əhalinin arasında yaralananlar, ölənlər və ördürülənlər var, çoxlu fərdi evlər və yaşayış binaları dağılmış və zərər çəkmiş. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin cəbhə bölgələrində olan işçiləri və könüllüləri dərhal və operativ olaraq zərər çəkən mülki əhalinin ehtiyaclarını qısa zamanda həll etmək məqsədilə müxtəlif tədbirlər görür. İnsanlara ərzaq və qeyri ərzaq ləvazimaltları, ilk yardım dəstləri paylanılır, psixoloji dəstək göstərilir.
Cənab Villaroel yaranmış vəziyyətin çətin olmasını dərk edərək, öz növbəsində Federasiya tərəfindən dəstək verməyə hazır olduğunu söylədi.
Söhbətin sonunda hər iki tərəf baş verən danışığa, göstərilən qayğı və diqqətə görə bir daha öz təşəkkürlərini ifadə etdi.