Azərbaycan Qızıl Aypara Cəmiyyətini. Prezidenti,
Dr. Novruz Aslanov,
və Baş Katib Ceyhun Mirzəyev
Cenevrə, 30 Oktyabr 2020-ci il,
Hörmətli Cənab Prezident , Hörmətli Baş Katib,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü Cənab Məhərrəm Ənvər oğlu Mustafayevin Azərbaycanın Bərdə şəhərində,humanitar yardım göstərərkən faciəli şəkildə raket atəşi ilə vurulub qətlə yetirildiyi xəbərini eşidəndəndən bəri biz kədər içərisindəyik. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası mülki şəxslərə qarşı hər cür davranış pozuntularını qətiyyətlə pisləyir və bu cür faciəvi olaraq Qızıl Xaç və Qızıl Aypara ailəmizin dəyərli könüllülərinin bir daha itirilməsindən təəssüf hissi keçiririk.
Cənab Mustafayevin altı il könüllü işlədiyini və Bərdə yerli şöbəsinin fədakar, hörmətli üzv olduğunu çox yaxşı başa düşürük. İcazənizlə, biz, Beynəlxalq Federasiya adından ilk öncə hər ikinizə, daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki həmkarlarımıza və ən əsasıda Cənab Mustafayevin ailəsinə dərin hüzünlə başsağlı diləklərimizi çatdırmaq istərdik.
Hörmətlə,
Baş Katib, Prezident,
Jagan Chapagain Fransesso Rokka