Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti
Dr. Novruz Aslanov
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Katibi
Canab Ceyhun Mirzəyev
Hörmətli Prezident, Dr Aslanov və Baş Katib, cənab Mirzəyev,
Mustafayev Məhərrəmin qətlə yetirilməsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin digər iki könüllüsünün mürəkkəb şəraitdə humanitar yardım çatdırarkən aldığı xəsarətləri xəbərini eşidəndəndən bəri kədər içərisindəyik. Biz,Mustafayev Məhərrəmin ailəsinə və Qızıl Aypara Cəmiyyətinin bütün işçilərinə , könüllülərinə və onun itkisinə üzülən bütün insanlara dərin hüzünlə başsağlığımızı bildiririk.
Belə çətin vaxtlarda, Qızıl Xaç və Qızıl Aypara işçiləri və könüllülərinin insanların ən həssas təbəqəsinə xidmət göstərməsi bizə böyük fədəkarlığı xatırladır. Və buna görə də İngiltə Qızıl Xaçı , işçilərinizin və könüllülərinizin cəsarətinə və möhkəmliyinə heyran qalır.
Xahiş edirik ki, İngiltərə Qızıl Xaçı adından Mustafayev Məhərrəmin ailəsinə, dostlarına, həmkarlarına verdiyimiz dərin kədərlə başsağlığımızı və digər yaralanan iki nəfər şəxsin tezliklə sağalması diləklərimizi çatdırasınız.
Hörmətlə,
Baş Katib
Michael Adamson,
Qəyyumlar Kafedrası
David Bernstein