IMG_20201208_111532_HHT~2

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, milli məclisin deputatı Novruz Aslanov Türkiyə Qızıl Ay Cəmiyyətinə müsahibə verdi

 

Dekabrın 8-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Türkiyə Qızıl Ay Cəmiyyətinə müsahibə verib. Milli Cəmiyyətin prezidenti müsahibəsində münaqişədən ən çox təsirlənənlərin cəbhəyanı ərazilərdə yaşayan mülki əhali olduğunu xüsusi olaraq qeyd etdi. Münaqişənin ilk günləridnən başlayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fasiləsiz olaraq mülki əhaliyə etdiyi yardımlardan ətraflı söz açdı. Bu yardım əməliyyatlarının həyata keçirilməsində  AzQAC-ın fövqəladə mobil könüllü dəstələrinin fəaliyyətini yüksək qiymətləndirən prezident bu sahədə görülən işlərin bundan sonra da davam edəcəyini söylədi. Mövcud vəziyyətlə əlaqədar olaraq zərərçəkən mülki əhaliyə dəstək məqsədilə Türkiyə Qızıl Ay Cəmiyyətinin göndərdiyi humanitar yükləri xüsusi olaraq qeyd etdi. Münaqişə zamanında operativ yanaşmanın vacibliyini qeyd edən natiq, nümunə olaraq Türkiyə Qızıl Ay Cəmiyyətini göstərdi. Belə çətin bir zamanda Türkiyə Qızıl Ay Cəmiyyətinin zərərçəkən mülki əhaliyə göndərdiyi yataq və geyim dəstlərindən ibarət  30-a yaxın humanitar yük maşınlarından danışıdı.

Fürsətdən istifadə edərək Novruz Aslanov Türkiyə Qızıl Ay Cəmiyyətinin prezidenti, BQXQAC Federasiyasının Avropa regionu üzrə vitse-prezidenti Kərəm Kınıka və onun Azərbaycana göndərilən yükü müşayət edən heyətinə  öz dərin təşəkkürlərini bildirdi.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.