Mövcud vəziyyətlə əlaqədar olaraq AzQAC-ın Tərtər rayon bölməsi humanitar yardım etməyə davam edir. Baş vermiş münaqişə zamanı ən çox cəbhəyanı ərazilərdə yaşayan mülki əhali zərər çəkmişdir. AzQAC-ın Tərtər rayon bölməsi münaqişədən zərərçəkən 230 nəfər mülki əhaliyə ərzaq bağlamalarından ibarət ərzaq bağlamaları ilə yardım etmişdir. Humanitar yardım çərçivəsində evləri ziyan görmüş 25 ailəyə yataq və geyim dəstləri paylanılmışdır. Paylanışı AzQAC-ın Tərtər rayon bölmə sədri başda olmaqla rayon bölməsinin fövqəladə mobil könüllü dəstəsinin üzvləri ilə birlikdə həyata keçirilmişdir.