IMG_20201223_150723~2

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Platforma iclası keçirildi

2020-ci il dekabrın 23-də AzQAC-ın baş ofisində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissələrinin nümayəndələrinin iştirakı ilə platforma iclası keçirildi. İclasda AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, İcraçı Katib Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Səbinə Məhbubi İran, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Ariane Bauer, Əməliyyatlar üzrə  başçısının müavini Kety Attfield, Əməkdaşlıq proqramının əməkdaşı Lyudmila Şepelyeva, Əməkdaşlıq proqramının nümayəndəsi Nadira Mirzalieva, BQXQAC Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin başçısı Olga Cumayeva iştirak edirdilər.

İclası giriş sözü ilə açan AzQAC-ın prezidenti Novruz Aslanov Hərəkatın tərkib hissələri ilə əməkdaşlıqdan razı və məmnun olduğunu qeyd etdi. Mövcud vəziyyətdə maksimum dərəcədə humanitar fəaliyyətlərin həyata keçirildiyini söylədi.  Belə çətin zamanda hərəkat daxili görüşlərin keçirildiyini və ilin sonu olmasına baxmayaraq, hələ də davam etdiyini xüsusui qeyd etdi. Görüşlərimizin istər rəhbərlik, istərsə də işçi qrup səviyyəsində davam etdiyini bildirdi. Qarşılıqlı əməkdaşlıq çərçivəsində ən vacib məsələnin fövqəladə hal zamanı operativliyin təmin edilməsi olduğunu xüsusi olaraq vurğuladı. Münaqişə zamanı AzQAC olaraq mövcud imkanlarımızın maksimum dərəcədə səfərbər edilərək zərərçəkən mülki əhaliyə humanitar yardımlar edildiyini söylədi. Həmçinin, münaqişə zamanında BQXK-nın 11 ədəd avtomobillə texniki dəstəyindən söz açdı. Fövqəladə mobil könüllü dəstələrin yaradılmasının nə qədər doğru və yerində bir qərar olduğunu söylədi. Münaqişənin başladığı ilk gündən Türkiyə Qızıl Ay Cəmiyyətinin AzQAC-a 30 yük maşınlıq böyük bir yardım göndərdiyini xüsusi olaraq qeyd etdi. Həmçinin, digər beynəlxalq təşkilatların humanitar sahədə Milli Cəmiyyətə dəstək olduqlarını söylədi.

COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən layihələr ilə əlaqədar olaraq Federasiya ilə əməkdaşlığın hazırda davam etdiyini söyləyən prezident, növbəti ildə də humanitar layihələrin  həyata keçrilməsinə hazır olduqlarını qeyd etdi.

AzQAC-ın həyata keçirdiyi layihələrinin, gördüyü işlərin şəffaf olması, hesabatlığın doğru aparılması xarici təşkilatların Milli Cəmiyyətə olan inamımı daha da artırır.

Daha sonra çıxış edən BQXK-ının Azərbaycan nümayəndəliyinin rəhbəri Ariane Bauer görüşü təşkil etdiyinə görə Novruz Aslanova təşəkkürünü bildirdi. Həm münaqişə zamanı, həm də COVID-19 ilə mübarizə çərçivəsində bütün güclərini səfərbər etdiklərini söylədi. Hərəkatın tərkib hissələrinin müdaxiləsinin tam vaxtında və yerində olduğunu xüsusi olaraq qeyd etdi. Mövcud vəziyyətlə əlaqədar olaraq öz mandatları çərçivəsində BQXK-nın işçi heyətinin sayının artırıldığını söylədi. Hazırda qiymətləndirmə işlərinin aparıldığını söyləyən başçı belə görüşlərin keçirilməsinin vacibliyini bildirdi. Münaqişə zamanı Türkiyə Qızıl Ay Cəmiyyətinin yardımlarının təqdirə layiq olduğunu söyləyən Ariane Bauer  onların Hərəkatın tərkib hissəsi kimi çox güclü Milli Cəmiyyət olduğunu xüsusi olaraq vurğuladı.

Daha sonra çıxış edən BQXQAC Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Olga Cumayeva 2020-ci ilin çox çətin il olduğunu söylədi. Bu ərəfədə Milli Cəmiyyətin tanınmasının çox yüksək səviyyədə olduğunu qeyd etdi. AzQAC-a beynəlxalq təşkilatların da müraciət etdiyini deyən başçı istər münaqişə zamanı zərərçəkən mülki əhaliyə yardımın göstərilməsində, istərsə də COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərdə operativliyin təmin olunduğunu söylədi. Milli Cəmiyyət olaraq AzQAC-ın Novruz Aslanovun rəhbərliyi ilə işlərinin daha da sürətlə görüldüyünü qeyd etdi. Hazırda Milli Cəmiyyətin inkişaf planının gücləndirildiyini də xüsusi olaraq vurğuladı. AzQAC-a dəstək olmaq məqsədilə mütəxəssislərin həyata keçirilən layihələrə cəlb edildiyini dedi.

AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev bu müddət ərzində Hərəkatın tərkib hissələrinin işçi heyəti səviyyəsində  görüşlərin davam etdiyini söylədi. Qarşılıqlı əməkdaşlıq çərçivəsində işlərin qurulduğunu və bütün məqsədlərə nail olunduğunu qeyd etdi.

Əməliyyatlar üzrə  başçının müavini Kety Attfield çıxışında görülən işlərdən daha çox insanın faydalanması üçün çalışdıqlarını qeyd etdi. Növbəti müddət ərzində fəaliyyətlərin birlikdə qarşılıqılı əməkdaşlıq çərçivəsində davam etdiriləcəyini söylədi.

Sonda təkliflər dinlənildi, müzakirələr aparıldı.IMG_20201223_145600 IMG_20201223_145613~2 IMG_20201223_150723~2 IMG_20201223_150750~2

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.