31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü AzQAC Sumqayıt şəhər bölməsinin ehtiyaclı ahıllarına həmrəylik nümayiş etdirməklə qeyd olundu.Ahıllarımıza Türk Qızıl Ayı tərəfindən göndərilən ərzaq bağlamaları paylanıldı.Ofisə gəlmək iqtidarında ola bilməyən ahıllara sovqatları bölmə könüllüləri tərəfindən evlərində catdırıldı. Bayram sovqatı alan insanlar hər zaman onları diqqətdə saxlayan AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına öz minnətdarlıqlarını və xoş sözlərini çatdırdılar.