COVİD-19 pandemiyası dövründə uşaqların sağlamlıqları, psixi sağlamlıqlarının qorunması beynəlxalq mütəxəssislərinin daim diqqət mərkəzindədir. Bununla bağlı, uşaqlara xidmət göstərən tibb işçilərinin məlumatlandırılması çox əhəmiyyətlidir ki, valideynlərin pandemiya dövründə uşaqların rastlaşdığı təhlükələrinin qarşısı alına bilsin. Bu baxımdan UNİCEF, USAİD-n dəstəyilə AzQAC-in əhali arasında həyata keçirdiyi COVİD-19la bağlı maarifləndirmə tədbirləri davamlı şəkildə aparılır.
Məlum olduğu kimi, COVİD-19 dönəmində seminar, təlim və konfranslar onlayn formatında keçirilir.
Belə ki, fevral ayının 2-də uşaq həkimləri üçün “COVİD-19 pandemiyasında uşaqların psixi sağlamlığının qorunmasına dair” ağlı vebinar keçirilmişdir. AzQAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tibb işçilərinə pandemiya zamanı uşaqların rast gəldiyi təhdidlər və risklər barədə məlumat təqdim etmişdr. Bununla yanaşı o, UNİCEF, USAİD təşkilatlarının dəstəyi ilə hazırlanan, valideynlər üçün koronavirusla bağlı uşaqlarla neçə davranmaq və söhbət etmək barədə məsləhət və tövsiyyələri özündə əks etdirən maatifləndirici vəsaitləri izahlı təqdim etmişdir. Təqdimatda əhalinin pandemiya zamanı psixi sağlamlıqlarını qorumaqla bağlı tövsiyələr xüsusi yer ayrılmışdır. Vebinarda 60 nəfər tibb işçisi iştirak etmişdir.