Covid-19 pandemiyası ilə bağlı humanitar layihələr respublikanın şəhər və rayonlarında davam edir. Həyata keçirilən tədbirlər barədə mütəmadi olaraq bölgələrdən AzQAC-ın Baş qərargahına hesabatlar təqdim olunur.
Yerlərdə görülən işlərlə yaxından tanış olmaq məqsədilə AzQAC-ın rəhbərliyi tərəfindən rayonlara səfərlər edilir. Mart ayının 9-10-u AzQAC-ın vitse-prezidenti Rövşən Əliyev Qazax rayonuna səfər edib. Yerli rayon bölməsinin işi ilə tanış olub, könüllülərlə görüş keçirib.
Görüşdə Rövşən Əliyev öncə AzQAC-ın prezidenti, millət vəkili Novruz Asalanovun görüş iştirakçılarına salamını çatdırıb, zəruri humanitar layihələrin bundan sonra da bölgələrdə həyata keçiriləcəyini bildirib, könüllülərə bu işlərə verdikləri dəstəyə görə təşəkkür edib.
Qazax RB-nin sədri Qurban Qurbanov fəaliyyətlərdə fəal iştirak edən könüllülərin işi barədə ətraflı məlumatlar verib, COVİD-19 pandemiyası dövründə epidemioloji qaydalara uyğun olaraq əhali arasında könüllülər tərəfindən maarifləndirici tədbirlərin aparılmasından, ailələrə dəstək məqsədilə ərzaq və qeyri-ərzaq məhsulları ilə yardımların edilməsindən danışıb.