Kimə: Doktor Novruz Aslanov, Azərbaijan Qızıl Aypara Cəmiyyətinin Prezidenti
Cənab Ceyhun Mirzəyev, Azərbaijan Qızıl Aypara Cəmiyyətinin Baş Katibi
10 Mart 2021
Hörmətli cənab Prezident, hörmətli cənab Baş Katib,
Böyük məmnuniyyətlə Azərbaycan Qızıl Aypara Cəmiyyətini onun təsis olunmasının 101-ci ildönümü münasibətilə təbrik edirəm.
10 Mart Azərbaycanda tarixi bir gündür. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa üzrə Regional Ofisi həmin tarixi günü Azərbayan Qızıl Aypara Cəmiyyəti ilə birgə bayram edir. Milli Cəmiyyətinizin Azərbaycanda mövcudluğu və iştirakı səbəbilə Azərbaycan xalqı həmin 101 il müddəti ərzində təhlükəsiz vəziyyətdə olmuş, təbii fəlakətlər və fövqəladə hallara daha hazırlıqlı olmuşdur. Milli Cəmiyyətinizin həmin tarix boyunca Respublikada ən zavallı insanlara qərəzsiz və neytral şəkildə xidmətlər göstərməsi alqışa layiqdir.
Mən habelə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Hərəkatın dünya ölkələrində həyata keçirdiyi missiyaya texniki töhvə verdiyini də etiraf edirəm. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa üzrə Regional Ofisinin Direktoru qismində mən 101 il ərzində insanlıq naminə xidmət göstərməsi səbəbi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətini salamlayıram. Qoy bizim Sizinlə olan əməkdaşlığımız və koordinasiyamız illlər ötdükcə daha da arsın və güclənmiş olsun.
Hörmətlə,
Birgitte Bischoff Ebbesen
Avropa zonası üzrə Regional Direktor