Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə tərəfdaş donor təşkilatlarla birgə humanitar yardım fəaliyyətləri davam etməkdədir.Zərər çəkmiş insanlara humanitar yardımların çatdırılması prosesi nəzərdə tutulmuş plan üzrə ardıcıllıqla baş tutur.Son günlər hava şəraitinin kəskinləşməsinə və humanitar yardımların daşınma trayektoriyasında nəqliyyatın hərəkətində mövcud çətinliklərə baxmayaraq humanitar yardımlar vaxtlı-vaxtında paylanış yerlərinə çatdırılmışdır.Paralel olaraq anbar prosedurlarının mövcud tələblərinin yerinə yetirilməsi istiqamətində əməli fəaliyyətlər həyata keçirilir.Bu məqsədlə Yevlax şəhərində yaradılan humanitar yardımların qəbulu və paylanışı məntəqəsində (anbarda) Az.QAC və BQXQAC Federasiyasının əməkdaşlarının birgə iştirakı ilə görülən işlərin ciddi təhlili aparılmışdır.Aparılan təhlillərin nəticəsi olaraq BQX və QAC Federasiyasının nümayəndəsi cənab Tomas Byoqli bu sahədə Milli Cəmiyyətimizin iş təcrübəsini yüksək qiymətləndirdi.Eyni zamanda humanitar yardımların qəbulu və paylanışı zamanı zəruri sənədləşmənin tələb olunan səviyyədə qurulması onda yaxşı təəsürat yaratdı.Birgə fikir mübadiləsi və müzakirələr zamanı xüsusi vürğulandı ki,Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinin hökumət və dövlət orqanları ilə qurduğu işgüzar və səmərəli münasibətlər iş prosesində yaranan hər hansı bir problemlərin həll edilməsinə öz müsbət töhvəsini verir.Ümumi müzakirələrdə və təhlillərin aparılmasında Az.QAC-nin Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov,Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov,Təhcizat sektorunun rəhbəri Renet Vəliyev,BQXQAC Federasiyasının Fövqalədə həllar zamanı təhcizat üzrə mütəxəssisi Tomas Byoqli,BQXQAC Federasiyasının nünayəndəsi Rüstəm Jiqunov və QAC əməkdaşı Vahid Bədəlov iştirak etdilər.Müəyyən edilmiş ərazi üzrə zərər çəkmiş insanlara humanitar yardımların çatdırılması və paylanışı davam edir.