Hər il olduğu kimi bu il də AzQAC Sumqayıt şəhər bölməsi Müqəddəs Novruz bayramı münasibəti ilə qeydiyyatında olan ahılları bayram sovqatı ilə sevindirmək məqsədi ilə ayrı-ayrı müəssisələrə, ASC –lərə müraciət ünvanlamışdı. Necə ildir əməkdaşlıq etdiyimiz Paşa Həyat ASC hər il olduğu kimi bu Novruz bayramı da müraciətimizə biganə qalmamış, ahıllarımıza bayram bağlamalarının hazırlanmasında öz dəstəklərini əsirgəməmişdilər. Covid-19 pandemiyasını nəsərə alaraq,ayrı-ayrı saatlarda dəvət olunan ahıllar bayram payları qəbul etmiş,xeyriyyəci təşkilat rəhbərliklərinə və AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər. Könüllülər ahıllara bağlamaların evlərinə çatdırılmasında köməkliklərini əsirgəmədilər. Biz də AzQAC Sumqayıt şəhər bölməsi olaraq, tədbirin ərsəyə gəlməsində PaŞa Həyat Sığorta ASC-nin rəhbərliyinə minnətdarlığımızı bildiririk.