Sahibkar Elmir Vəliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar missiyasının həyata keçirilməsində göstərdiyi fəallığa və verdiyi dəstəyə görə AzQAC-ın Fərxi Fərman və 100 illik Yubiley medalı ilə təltif olunub. Fəxri Fərman və Yubiley medalı AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov tərəfindən təqdim edilmişdir. O, çıxışında Milli Cəmiyyətə verdiyi dəstəyə görə təşəkkür etmiş , ona gələcək işlərində uğurlar arzulamışdır. Elmir Vəliyev də ona göstərilən diqqət və qayğıya görə Cəmiyyətin prezidentinə öz minnətdarlığını bildirmiş və bundna sonra da AzQAC-ın humanitar missiyasının həyata keçirilməsində dəstəyini əsirgəməyəcəyini bildirmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti pandemiya dövründə COVİD-19 ilə mübarizə çərçivəsində və müharibə dövründə əhali arasında maarifləndirmə işləri aparmış, zərərçəkmiş əhaliyə ərzaq və qeyri-ərzaq bağlamaları, sanitar-gigiyenik, mətbəx və yataq dəstləri paylamışdır. Cəbhəyanı ərazilərə paylanılan humanitar yardımlar Yevlax və Gəncə şəhərlərindəki saxlanma anbarlarında toplanılmışdır. E.Vəliyev istər pandemiya, istərsə də müharibə dövründə AzQAC-a təşkilati dəstək vermişdir. Həmçinin, humanitar yardımların saxlanılması üçün həm Yevlax, həm də Gəncə şəhərindəki anbarları təmənnasız olaraq Cəmiyyətin istifadəsinə vermişdir. Bununla yanaşı, E.Vəliyev öz işçi heyəti ilə birlikdə humanitar yardımlarım anbara qəbul olunmasında və ərazilərə göndərilməsində fəal iştirak etmişdir.