2021 ci il aprel ayından başlayaraq, məktəblərdə, icmalarda və ümumlikdə əhali arasında COVİD-19 qorunma və risk kommunikasiya tədbirlərini həyata keçirilməsi məqsədilə AzQAC yerli bölmələrin işçi heyyəti və könülləri onlayn seminarların keçirilməsinə start verilmişdir. Bu fəaliyyətlərin AzQAC-in “Sağlamlıq və qayğı” şöbəsinin həyata keçirilməsi barədə planın hazırlanması və fəaliyyət növləri barədə İcraçı Katibinin müavini Səbinə Məhbubi iran ilə mütəmadi görüşlər təşkil olunur və müzakirə lər aparılır.
Belə ki, aprel ayının 8,12, 13 tarixlərində bu seminarların davamlı keçirilməsi üçün AzQAC-nin Lənkaran, Şirvan, Gəncə, Mingəçevir və digər şəhər və rayon bölmələrinin işçi heyyəti və könüllüləri çəlb olunmuşdur. Seminarlar Azərbaycan Qızıl AyparaCəmiyyətinin “Sağlamlıq və qayğı şöbəsinin İlk Yardım kordinatoru Şahin Biləndərli və “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tərəfindən aparılırdı. Bununla bağlı pandemiyadan qorunmaq üçün infeksion nəzarət tədbirləri, gigiyena qaydaları və maskalardan düzgün istifadə və COVİD-19 əleyhinə vaksinasiya barədə də geniş məlumatlar iştirakçılara təqdim edildi. Bununla yanaşı Mətanət Qaraxanova məktəb, icmalarda COVİD-19 bağlı tədbirlərin keçirilməsində AzQAC RB-in rolunu və işçi heyyəti, könüllülərinin vəzifələr izah olundu. Onlayn təlimdə 86 nəfər iştirak etmişdir.
12 aprel tarixindən Proact traning çərçivəsndə Sumqayıt, Xırdalan məktəb tibb işçiləri üçün “COVİD-19: məktəblərdə qorunma və risk kommunikasiyası” adlı təlimlərə başlanmışdır. Aprel-may aylarında Gəncə, Mingəçevir, Lənkaran, Şəki və digər rayonlarda bu kimi təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər M.Qaraxanova tərəfindən həyata keçirilir.