Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz missiyasına və mandatına uyğun olaraq aztəminatlı insanlara mütəmadi humanitar yardımlar həyata keçirir. Müqəddəs Ramazan bayramı ərəfəsində bu yardımlar yeni mərhələyə qədəm qoyur. Belə ki, AzQAC-ın Azərbaycan Milli Elmlər Akademiyası bölməsinin təşkilatçılığı ilə yerlərdə AMEA Polimer Materiallar; Hüquq və İnsan Haqları; Fəlsəfə; Əlyazmalar; Coğrafiya İnstitutlarında çalışan aztəminatlı işçilərə növbəti ərzaq yardımları göstərilmişdir. Bölmə sədri Ceyran Nağıyeva təbrik çıxışında yardımların ümumilikdə 65 nəfəri əhatə etməsini və bu yardımların bayram boyunca davam etdirilməsini vurğulamışdır. Əməkdaşlar göstərilən yardımlara görə AzQAC-a minnətdarlıq ifadə etmişlər.