Müqəddəs Ramazan bayramı münasibətilə adının hallanmağını istəməyən xeyriyyəçimiz tərəfindən Azərbaycan Qızıl Aypara Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 56 nəfər daha ehtiyaclı ahıla qurban əti paylanıldı.Bölmə sədri Mətanət Məhərrəmova ahılları bayram münasibəti ilə təbrik edərək onlara xoş arzularını bildirdi. Ahıllar da onları bütün bayramlarda diqqətdə saxlayan xeyirxah insana öz xeyir dualarını ünvanladılar. Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə qurban payları bölmənin könüllü heyyəti tərəfindən evlərində çatdırıldı. Bizdə öz növbəmizdə deyirik: Allah kəsdiyiniz qurbanı qəbul eləsin!