2021-ci il mayın 17-də Azərbaycan Qızıl Aypara Cəmiyyətininn baş ofisində “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə bağlı tədbirlər planının hazırlanması ilə əlaqədar olaraq iclas keçirildi. İclası giriş sözü ilə açan Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə əvvəlcə 2021-ci il mayın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrədə “Beynəlxalq Tibb Bacıları” günü münasibətilə keçirilən “Florence Nightingale” medalının 48-ci təltifetmə mərasimindən söz açdı. Arəstə Baxışovanın bu medala layiq görülməsinin tarixi və qürur verici bir hadisə olduğunu xüsusi vurğuladı. Vitse-prezident çıxışında dünyada “Florence Nightingale” medalına ümumilikdə 1512 nəfər layiq görüldüyünü və onların sırasında 12 tibb bacısı və 1 tibb qardaşının Azərbaycanı təmsil etdiyini iclas iştirakçılarının nəzərinə çatdırdı.
Daha sonra “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə əlaqədar olaraq təkliflər dinlənildi, müzakirələr aparıldı. Aidiyyatı üzrə şöbələrə müvafiq tapşırıqlar verildi.
AzQAC-ın İcraçı Katibinin müavini- Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Fövqəladə hallara hazırlıq və cavabvermə şöbəsinin müdiri Elşən Səlimzadə, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, Humanitar Yardım şöbəsinin müdiri Əli-ağa Abbasov və digərləri həyata keçiriləcək tədbirlərdən söz açdılar, müvafiq təkliflər irəli sürdülər.
Müzakirələr zamanı bu gün münasibətilə həm bölgələrdəki uşaq evlərinə, həm də Bakıda məskunlaşan miqrant ailələrinə müvafiq yardımların göstərilməsi qərara alındı.
Sonda müvafiq qərarlar və tədbirlər planı qəbul edildi.