Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Gəncə və Lənkəran şəhərlərində yerləşən uşaq evlərinə bayram sovqatı çatdırıldı.Bu münasibətlə Az.QAC-nin Gəncə və Lənkəran şəhərlərinə ezam olunmuş əməkdaşları AzQAC-nin Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov eləcə də AzQAC Gəncə R.M-nin koordinatoru İsmayıl Əsədov, Lənkəran R.M-nin koordinatoru Zəfər Miriyev, AzQAC-nin Gəncə şəhər bölməsinin sədri Sucəddin Qurbanov uşaq evinin rəhbərliyi və orada yaşayan uşaqlarla görüşərək Cəmiyyətin prezidenti ,Milli Məclisin deputatı cənab Novruz Aslanovun səmimi və xoş bayram təbriklərini onlara çatdırdılar.Uşaq evlərinin rəhbərliyi bu bayram ərəfəsində əvvəlcədən xüsüsi diqqət göstərərək təşkil olunan bayram sovqatının uşaqlarda xoş ovqatın və sevinc hissinin yaratdıgını xüsusi vurguladılar.