Lactalis Caspi MMC tərəfindən göndərilən süd məhsulları Azərbaycan Qızıl Aypara Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan tənha,ehtiyaclı ahıllara təqdim olundu. Ahıllar da öz növbələrində AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına və xeyriyyəçi təşkilat nümayəndələrinə minnətdarlıqlarını bildirərək,xeyir-dua verdilər.Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə süd məhsulları bölmənin könüllü heyyəti tərəfindən evlərində çatdırıldı .