IMG-20210524-WA0005

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNDƏ GÖRÜŞ

 

2021-ci il mayın 31-də Azərbaycan Respublikası Fövqəladə Hallar nazirliyində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Fövqəladə Hallar nazirliyi arasında işgüzar görüş keçirilmişdir. Görüşdə müzakirə olunan  məsələlər:

  • Fəlakətlərə meylli olan bölgələrin xəritəsinin hazırlanmasında əməkdaşlıq.
  • İqlim dəyişikliyinin fəlakət riskinin artmasına təsiri.
  • Fəlakətə meylli bölgələrdə icmaların məlumatlığının artırılmasında Milli Cəmiyyətin rolu.
  • Fəlakət riskli bölgələrdə icmalara “İlkYardım” vərdişlərinin aşılanması.
  • Fəlakətlər zamanı icmalara davranış qaydalarının aşılanması
  • Əldə edilmiş təcrübədən istifadə edərək fəlakətə meylli bölgələrdə “Təhlükəsiz və Möhkəm İcmaların Yaradılması”.
  • Mümkün qədər icmaları cəlb etməklə simulyasiya tədbirlərinin keçirilməsinin əhəmiyyəti.
  • Beynəlxalq xilasetmə əməliyatları zamanı Milli Cəmiyyətin rolu.
  • Fəlakət riskinin azaldılması və ya onun təsirinin yumşaldılmasında Milli Cəmiyyətin rolu.
  • Fəlakətlər zamanı yaradılan sığınacaqların idarə olunması və təmini.
  • Avropa Birliyi Şərq tərəfdaşlığı forumuna Milli Cəmiyyəyin cəlb olunması.
  • Fəlakətlər zamanı zərər çəkmiş insanlara ediləcək “Humanitar Yardımın” standartlarının hazırlanması və sair məsələlər müzakirə olunmuşdur.

Görüşdə Fövqəladə Hallar nazirliyi tərəfindən Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik-leytenant Ələsgər Əliyev və operativ idarəetmə şöbəsinin müdiri mayor Namiq Abdullayev, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri, İcraçı katibin müavini Elşən Səlimzadə iştirak etmişdir. Görüş səmimi işgüzar şəraitdə keçmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.