Keçmiş əməkdaşımız Nərgiz Əhmədova ara-sıra ehtiyaclı ailələrə, ahıllara müəyyən ərzaq yardımı, qurban əti gətirməklə onların sevincinə səbəb olur.Bu dəfə isə Nərgiz bölməmizin qeydiyyatında olan 7 nəfər daha ehtiyaclı ahıllarımızı qurban payı ilə sevindirdi. Ahıllar onlara göstərilən bu diqqət üçün mərhəmətli insana öz xeyir-dualarını bildirdilər.