08.06.2021-09.06.2021-ci il tarixlərində Dövlət Miqrasiya Xidməti yanında İctimai şuranın üzvləri Gəncə və Yevlax şəhərlərində yerləşən Regional İdarələrində işgüzar səfərdə olmuşlar. Məqsəd DMX-nin Regional İdarələrinin işləri ilə yaxından tanış olmaq və təcrübə mübadiləsi aparmaqdan ibarət olmuşdur.İctimai şuranın üzvü, AzQAC-nin Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov həmin görüşlərdə yaxından iştirak etmişdir.