2021-ci il iyunun 11-də AzQAC-ın baş qərargahında AzQAC, BQXK və BQXQAC Federasiyasının məsul şəxslərinin və nümayəndələrinin iştirakı ilə Hərəkatın koordinasiya görüşü keçirildi. Görüşdə Milli Cəmiyyətin potensialının artırılması və prioritet ehtiyaclar barədə ümumi müzakirələr aparıldı. Həmçinin, Hərəkat tərəfdaşlarına mövcud fəaliyyətlər arasındakı boşluqları və ya üst-üstə düşmələrin aradan qaldırılması yollarını nəzərdən keçirmək imkanı da verir.
Görüşdə aşağıdakı mövzular müzakirə olundu:
- Hərəkatın Əməkdaşlıq Sazişi: 2015-ci ildə imzalanıb və o vaxtdan bəri bir çox hadisələr baş vermişdir (COVİD-19 pandemiyası, müharibə). Bu səbəbdən bu sazişin yenilənməsinə və yenidən imzalanmasına ehtiyac var.
- Əldə olunan nailiyyətlər. Yeni təşəbbüslər: layihələrin uğurlu icrası, sorğular, ehtiyacların qiymətləndirmələri (bunlardan biri AzQAC və Türk Qızıl Ay Cəmiyyətinin ortaq məhsuludur) Digər nailiyyətlərə missal olaraq UNICEF və UNHCR kimi tərəfdaş təşkilatlarla əməkdaşlığı missal göstərmək olar. Təhsilə giriş, BQXK və Norveç Qırmızı Xaç Cəmiyyətinin texniki və maliyyə dəstəyi ilə başlanması planlaşdırılan ayrı bir təşəbbüsdür. Həmçinin, işə qəbul olunmuş yeni kadrlar – psixoloq, ilk yardım üzrə koordinator artıq işlərinə başlayıblar. Bu vəzifələr BQXK tərəfindən dəstəklənir.
Görüşün sonunda təkliflər və rəylər dinlənildi, gələcək planlar və ortaq təşəbbüslər haqqında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi.