IMG_20210702_120917

AzQAC Azərbaycan dili kursunu bitirmiş miqrant müdavimlərin 8- cı buraxılışı və onlara sertifikat verilməsi münasibəti ilə t ə d b i r keçirdi

               

Miqrasiya  bu gün dünyanı düşündürən və narahat edən ən aktual problemdir. Hər yerdə olduğu kimi Azərbaycanda da miqrasiya  ilə bağlı olan problemlər daimi müasir və diqqətçəkən bir məsələdir. Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də bu yöndə layihə və tədbirlərin həyata keçirilməsini artıq daha geniş spektrdə öz fəaliyyət planına daxil etmişdir. Bu məqsədlə, 2013-cü il oktyabrın 02-də  ölkədə ilk olaraq miqrantlara təmənnasız Azərbaycan dili kursunu açmışdır. Artıq o vaxtdan 8 tədris ili keçib, təhsil almış uşaqlar və gənclər ölkənin orta və ali məktəblərində təhsillərini davam etdiri və münasib işlərdə çalışırlar.

Miqrant-müdavimlər üçün artıq bu gün – 02.07.2021-ci ildə AzQAC-ın Baş ofisində kursun 8-ci buraxılışına həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə müəllimə Sona Hacıyeva açaraq öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun salamlarını, xoş arzularını tədbir iştirakçılarına çatdıraraq dedi ki, dünyada baş alıb gedən COVİD-19 pandemiyası ilə bağlı tədbiri çox kiçik heyətlə keçiririk, heç bir qurumdan, təşkilatdan, mediadan qonaq dəvət edə bilmirik. Sonra sözü Azərbaycan Qızıl Aypara Cəmiyyətində İcraçı katibin müavini Səbinə Məhbubi –İrana verdi. Səbinə xanım bu kursun onların həyatında çox vacib olduğunu, onların cəmiyyətə inteqrasiyasını asanlaşdırdığını söyləyərək, bu ağır pandemik şəraitdə bu kursun onlar üçün həm də psixo-sosial dəstək olduğunu vurğuladı və onlara gələcək təhsillərində uğurlar arzuladı. Sonra  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri, Dövlət Miqrasiya Xidməti İctimai Şurasının üzvü Məmməd Kətanov çıxış edərək dedi ki,çətin şəraitə baxmayaraq kursun müəllimi Sona Hacıyeva dərsləri dayandırmayıb, artıq 10-cu aydır ki, həm normal , həm də online dərslər davam etdirilib və bu gün artıq təhsilin başa çatması haqqında şəhadətnamələrin təqdimatına başlanılıb. 8-ci ildir miqrantlar üçün müxtəlif dillərdə kursların və dərnəklərin təşkili miqrantlara çox böyük dəstək olub və onların cəmiyyətə inteqrasiyasını asanlaşdırıb. O, miqrantların bu kursdan razı qaldıqlarını və artıq sərbəst öz fikirlərini ifadə edə bildiklərini önə çəkərək AzQAC– nin rəhbərliyinə, Azərbaycan dili müəllimi  Sona Hacıyevaya təşəkkür etdi. Humanitar şöbə müdiri Əlağa müəllim onları təbrik edərək əmin olduğunu bildirdi ki, onlar Azərbaycan həqiqətlərini ölkələrinə və çatdıracaqlar.Sonra İctimai Layihələr koordinatoru, doktor Mətanət Qaraxanova çıxış edərək miqrasiya məsələsinin bu gün ən aktual  və önəm kəsb edən məsələ olduğunu vurğulayaraq onlara qayğı və diqqət göstərməyin vacibliyindən, AzQAC–nin azərbaycan dili dərslərinin təşkili təşəbbüsündən söz açaraq miqrantların cəmiyyətə inteqrasiyasına dəstək kimi bu kursun xüsusi əhəmiyyət daşıdığını vurğuladı və müdavimləri kursun başa çatması münasibəti ilə təbrik etdi və bu işdə Qızıl Aypara Cəmiyyətinə, kursun müəlliminə təşəkkür etdi.

Müəllimə Sona Hacıyeva xalqımızın erməni faşizmi üzərində 44 günlük müharibə qələbəsinin qazanılmasında canını fəda etmiş  şəhidlərin ruhuna hörmət əlaməti olaraq 1 dəqiqəlik sükut etməyi xahiş etdi. İştirakçılar və müdavimlər Azərbaycan Respublikası və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin himnlərini oxudular. Ardınca Əfqan, Pakistan və Suriya dövlət himnləri oxundu.

Sonra 8-ci buraxılış münasibəti ilə hazırlanmış sertifikatlar  Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, Humanitar yardım şöbəsinin müdiri Əlağa Abbasov, Fövqəladə Hallar şöbəsinin müdiri və İcraçı katibin müavini  Elşən Səlimzadə, İctimai Layihələr koordinatoru Mətanət Qaraxanova, Regional mərkəz və yerli bölmələrlə iş şöbəsinin müdiri Nicat Qəniyev tərəfindən bir-bir müvəffəqiyyət qazanmış müdavimlərə paylandı.

Sonda kursantlar gözəl tərtibatla bədii hissə təqdimatında müxtəlif dillərdə şerlər, səhnəciklər və esselər söylədilər və mahnılar oxudular. Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, müəllimə Sona Hacıyevaya, miqrasiya şöbəsinin müdiri Məmməd Kətanova, layihə koordinatoru Mətanət Qaraxanovaya bu işdə göstərdikləri böyük köməyə görə öz təşəkkürlərini bildirdilər və bu kursun davamlı olmasını arzuladılar.

Tədbir Nicat Qəniyev və  tələbələr tərəfindən kollektiv xatirə şəkillərinin çəkilməsi və 4 ehtiyaclı əfqan ailəsinə ərzaq yardımı edilməsi ilə başa çatdı.
IMG_20210702_121220IMG_20210702_123715IMG_20210702_122713IMG_20210702_123358IMG_20210702_123150IMG_20210702_123339 IMG_20210702_121824 IMG_20210702_122031 IMG-20210702-WA0026 IMG-20210702-WA0042

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.