Azərbaycan Qızıl Aypara Cəmiyyəti həmişə olduğu kimi aztəminatlı ailələri diqqət mərkəzində saxlayaraq onlara mümkün imkanlar daxilində köməklik göstərir.Belə humanitar yönümlü tədbirlər həm paytaxtda həm də bölgələrdə davam etməkdədir.Məqsəd qeyd edilən ailələrin qismən də olsa mövcud problemlərinin həllinə dəstək olmaqdır.
Növbəti belə tədbirlər Qazax,Tovuz və Ağstafa rayonlarında həyata keçirildi.Əsasən daha ehtiyaclı ailələr həmin rayon bölmələrinin əməkdaşları tərəfindən müəyyən edilmiş,daha sonra humanitar yardımlar hazırlanaraq onlara çatdırıldı.Ahıl yaşlı , hərəkət qabiliyyəti məhdud olan, eyni zamanda paylanış yerindən nisbətən uzaq məsafədə yaşayan insanlara yaşadıqları ünvanlarda humanitar yardımlar çatdırıldı.Humanitar yardımlar əsasən uşaqlar və böyüklər üçün geyim dəstlərindən ibarət olaraq nəzərdə tutulmuşdur.
Tədbirlərdə QAC-nin Miqrasiya şöbəsnin müdiri Məmməd Kətanov,Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov,Təchizat sektorunun rəhbəri Renat Vəliyev, QAC-nin Qazax rayon bölməsinin sədri QurbanQurbanov, Ağstafa rayon böməsinin sədri Anar Məmmədov, Tovuz rayon bölməsinin sədri Qəməndər Məmmədov,bölmə əməkdaşları və könüllülər iştirak edirdilər.