IMG-20211022-WA0043

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülərinin icma əsaslı sağlamlıq sahəsində təlimatlandırılması davam edilir

Ümumdünya Səhiyyə Təşkilatı  (ÜST) sağlamlığı tək xəstəliyin olmaması deyil. Eləcə də psixi sağlamlıq, sosial rifahın, müstəgil uyğunlaşma və özünüidarə etmək bacarığı kimi tərifi verir. Fövqəladə hallar zamanı isə insanların bu sahələrdə rastlaşdığı çətinlikləri xüsusi  qeyd edilir.  Fövqəladə hallarda icma əsaslı sağlamlıq sahəsinə əhalinin məlumatlandırılma  AzQAC-in Fövqəladə hallara hazırlıq və cavab vermə fəaliyyətlərdə əhəmiyyətli  yer tutur. Bu baxımdan AzQAC işçi heyyəti və könüllüləri  üçün (Regional və rayon bölmələri)  mütəmadi olaraq,   təlimlər təşkil olunur.

Belə ki, 2019 ildə (COVİD-19 pandemiyasından öncə)  Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyi  (USAID) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) maliyyə və texniki  dəstəyilə AzQAC –in 12 yerli bölməsində  Fövqəladə hallarda sağlamlıq üzrə İcma əsaslı Könüllü dəstələrin yaradılması məqsədilə  “Səhiyyə sahəsində yerli icmaların fövqəladə vəziyyətlərə dayanıqlığın artırılması” layihəsinə start verilmişdir. Bu layihə çərçivəsində  Azərbaycanın fəlakətə meyilli bölgələrindəki ən zavallı icmalara sağlamlıq risklərini və fövqəladə halların və fəlakətlərin təsirini idarə etmək məsələlərə dair təlimatlandırılma və digər tədbirlər həyata keçirilir. Layihə çərçivəsində  AzQAC-ın könüllüləri və işçiləri, icmalar və yerli hakimiyyət orqanları, fövqəladə hallar (COVİD-19 pandemiyası daxil olmaqla) fəlakət və böhranların sağlamlıqla əlaqəli nəticələrinə cavab tədbirləri barədə öz biliklərini inkişaf etdirə və artıra biləcəyi nəzərdə tutulur. Həyata keçirilən fəaliyyətlər çərçivəsində  fövqəladə hallar (COVİD-19 pandemiyası daxil olmaqla) fəlakət və böhranların psixi sağlamlığa təsiri, ilk psixoloji yardım və psixo-sosial dəstək mövzusuna  xüsusi yer ayrılır. Təlim iştirakçıları onlara təqdim edilən mövzuları  qrup tapşırıqlar vasitəsilə nümayiş etmişlər.

Buna əsasən 2021 il  19-22 oktyabr tarixində Lənkaranda və Gəncədə (Lənkaran, Astara, Sumqayıt, Sabirabad, Xaçmaz, İsmayıllı, Gəncə, Tovuz, Ağdaş, Ağcəbədi)  layihəyə cəlb olunan sağlamlıq dəstələrin üzvləri-könüllülərinə  “Fövqəladə hallar zamı İlkPsixoloji Yardım və Psixo-sosial Dəstək” mövzusunda təlimlər təşkil olunmuşdur. Təlimlər AzQAC-in psixoloqu Nigar Qədəşova və təlimçi Mətanət Qaraxanova tərəfindən keçirilirdi. Təlimlərdə Proqram meneceri Samirə Həsənli iştirak etmiş,  layihənin məqsəd və gözləntiləri, icmalarda  fəaliyyətlərin gedişi  və hesabatların təqdim etmə qaydaları barədə  geniş məlumatları təlim iştirakçılara çatdırmışdır. O, bu fəaliyyətlərdə yerli dövlət strukturları ilə əməkdaşlığı xüsusi vurğulamışdır.

Uzun illər ərzində AzQAC Az.Respublikası  Səhiyyə Nazirliyinin İçtimai Səhiyyə və İslahatlar Mərkəzi  (İSİM) ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində İSİM tərəfindən müxtəlif sağlamlıq mövzusuna dair  hazırlanan icmalarda paylanması nəzərdə tutulan   əyani vəsaitləri  mütəmadı şəkildə AzQAC təqdim edilir. Belə ki,  hər il ÜST tərəfindən hər il 10 okt.Ümumdünya Psixi Sağlamlıq Günü  və 15 oktyabr Süd Vəzi Xərçəng xəstəliyi ilə mübarizə günləri qeyd edilir. Bununla bağlı,  adı çəkilən təlimlərdə iştirakçılara bu mövzular barədə məlumatlar verilmişdir ki, onlar icmalarda maarifləndirmə yönümlü fəaliyyətlərini  həyata keçirsinlər. Bununla yanaşı təlim  iştirakçılarına İSİM-in Süd vəzi xərçənginə dair vərəqələr  paylanılmışdır.IMG_20211019_114342 IMG_20211020_085934 IMG_20211020_102337 IMG_20211020_120543

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.