IMG-20211019-WA0024

Azərbaycan Qızıl Aypara Cəmiyyəti USAID OFDA tərəfindən maliyyələşdirilən “Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə davamlılığının gücləndirilməsi” layihəsinin daha bir ilini yekunlaşdırıb

Sentyabrın ayının sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən USAİD OFDA və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) maliyyə, texniki dəstəyi ilə həyata keçirilən “Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə davamlılığının gücləndirilməsi” layihəsinin növbəti mərləhəsi başa çatdırıldı və onun yeni mərhələsinə start verildi. Layihənin ikinci dövrü 2020-ci ilin oktyabrında başlayıb və 2021-ci ilin sentyabrında yekunlaşıb.

Bu layihənin əsas məqsədi təbii fəlakətlərə daha çox məruz qalmış ərazilərdə yerli icmaların dayanıqlığının və imkanlarının gücləndirilməsi və Milli Cəmiyyətin fövqəladə hallara hazırlıq və cavab tədbirləri üzrə milli səhiyyə sisteminin tərkib hissəsi olaraq, onun hazırlığının və potensialının gücləndirilməsidir.

Layihənin başlanğıcı olaraq AzQAC-ın yerli bölmələri səviyyəsində yeni əsas könüllü komandaların yaradılması və mövcud olanların aktivləşdirilməsi, yaxşı təlim keçmiş və sağlamlıq vəziyyətində fövqəladə halların və böhranların nəticələrinə cavab verməyə hazır olan könüllü qrupların yaradılması prosesi həyata keçirilib. Beləliklə, yeni dövr ərzində Mingəçevir, Gəncə, Şəki, Qax, Lənkəran, Astara, Sabirabad, İsmayıllı, Qusar, Sumqayıt, Ağdaş və İmişli kimi ümumilikdə 12 AzQAC şəhər və yerli bölmələri əhatə olunub. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 90 işçi və yerli bölmə könüllüləri, eləcə də 240 icma əsaslı könüllülərə pandemiyaya hazırlıq və nəzarət üzrə təlim keçməklə, həmçinin onların təlim, xəstəliklərin qarşısının alınması, sağlamlıq və gigiyena sahəsində bilik və bacarıqlarını inkişaf etdirməklə öz potensialını artıra bilmişdir.

Orta və irimiqyaslı fəlakətlərdə mövcud olmaq və onlara dərhal reaksiya vermək üçün işçilər və könüllülər üçün sanitar və gigiyena əşyaları və fərdi qoruyucu vasitələrdən ibarət təcili sağlamlıq ehtiyatı yaradılmışdır.

41 yerli icmanı təmsil edən 60.000-dən çox icma üzvünə COVID-19, PFA/PSS, FA və Kütləvi Flakətlərə Cavab Verilməsi və İdarə Edilməsi, WASH, Qeyri-yoluxucu xəstəliklər, Hepatit, qızılca və s. kimi müxtəlif mövzularda kaskad əsaslı icma səviyyəli sessiyalar vasitəsilə mesajlarla birbaşa və 200.000-dən çoxuna dolayısı ilə müraciət edildi.

Layihənin başlanğıcı eskalasiya və COVID-19 ilə üst-üstə düşdü və bir daha icmaların daha yaxşı hazır olmasının zəruriliyini və hər hansı fövqəladə vəziyyətdə ilk müdaxilə edənlər kimi rolunun əhəmiyyətini sübüt etdi. COVID-19 pandemiyası onu göstərdi ki, bu layihə tədbirləri çox vaxtında həyata keçirilib və icma əsaslı sağlamlıq, pandemiyaya hazırlıq və cavab tədbirlərinin rolunu daha yaxşı başa düşmək üçün milli cəmiyyətlərə və yerli icmalara verilən dəstək aktualdır.

Ötən ilin icra dövründə olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlət və qeyri-dövlət qurumları, eləcə də Qızıl Xaç və Qızıl Aypara Hərəkatı daxilində sıx tərəfdaşlıq əlaqələri saxlamışdır.

USAID OFDA, IFRC-yə davamlı maliyyə və texniki yardıma, tərəfdaşlarla sıx əməkdaşlığa görə minnətdarlığı bildirərək, qeyd etmək lazımdır ki, layihə artıq üçüncü fazaya qədəm qoyur və 2022-ci ilin sentyabr ayına qədər davam edəcək. Layihə 12 regionda və əvvəllər təlim keçmiş işçilər və könüllülər vasitəsilə həyata keçiriləcək.IMG-20211019-WA0018 Event in Goygol (3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.