1-2 dekabr 2021-ci il tarixdə Naftalan şəhərində İlin yekununa dair və Könüllülər gününə həsr olunmuş Liderlik və Komanda quruculuğu tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan AzQAC-ın İcraçı Katibinin müavini Səbinə Məhbubi İran Cəmiyyətin rəhbərliyi adından tədbir iştirakçılarını salamladı. Tədbirin ərsəyə gəlməsindəki dəstəyinə görə BQXK-ya təşəkkürlərini bildirdi. Komitə ilə ənənəvi sahələrdə edilən əməkdaşlıqdan danışdı. Həmçinin, Hərəkatın tərkib hissələrinin bir-birilə sıx əməkdaşlığının humanitar fəaliyyətlərin həyata keçirilməsinə, genişləndirilməsindəki rolundan bəhs etdi. Birlikdə keçirilən treyninq və seminarlardan danışdı. Həmçinin, 1 dekabr Beynəlxalq QİÇS-lə mübarizə günü haqqında qısa məlumat verdi.
Daha sonra çıxış edən BQXK-nın əməliyatlar üzrə koordinatoru Beata Skwarska Azərbaycanda Hərəkatdaxili əməkdaşlığın çox yüksək səviyyədə aparıldığını xüsusi olaraq qeyd etdi. Yeni ideyalar və yeni planlar üçün toplanaraq bir məxrəcə gəlməyin vacib olduğunu bildirdi. Gələn il üçün nəzərdə tutulan fəaliyyətləri gözdən keçirməyin xüsusi əhəmiyyətli olduğunu söylədi.
BQXK-nın Bərdə subnümayəndəliyinin rəhbəri Sabrina Denunqc konflikt və vəziyyətin inkişafı ilə bağlı təqdimat etdi. Milli Cəmiyyət ilə birgə fəaliyyətlərdən danışdı.
Daha sonra AzQAC-ın şəhər və rayon bölmələrinin təklif və rəyləri dinlənildi.
AzQAC-ın fövqəladə hallara hazırlıq və cavabvermə şöbəsini müdiri Elşən Səlimzadə şəhər və rayon bölmələrinin hazırlanacaq tədbirlər planında yaxından iştirak etmələrinin vacibliyini bildirən təkliflə çıxış etdi. Onların təcrübələrindən fəydalanmağın da məqsədə uyğun olduğunu bildirdi. Humanitar yardımların paylanılması zamanı ortaya çıxan problemlər haqqında məlumat verdi.
Növbəti sessiyalarda qruplara bölünərək icmaların inkişafı, psixososial dəstək, silahlara qarşı mübarizə, iqtisadi təhlükəsizlik, su və yaşam, informasiya və kommunikasiya, təhsilə giriş mövzuları ətrafında müzakirələr aparıldı. Şəhər və rayon bölmələrinin inkişafə ilə bağlı təkliflər verildi. Təklif və rəylər dinlənildi. Növbəti il üçün planlar müəyyənləşdirildi.