2

Türk Dövlətləri Təşkilatı (TDT), Qızıl Aypara və Qızıl Xaç Milli Cəmiyyətlərinin 1-ci İşçi Qrupu görüşü keçirilib

13 Yanvar 2022-ci ildə Türk Dövlətləri Təşkilatı üzv dövlətlərinin Qızıl Aypara və Qızıl Xaç Milli Cəmiyyətlərinin 1-ci İşçi Qrupu səviyyəsində onlayn görüşü baş tutdu.

12 Noyabr 2021-ci ildə İstanbul şəhərində baş tutan 8-ci Zirvə görüşündə TDT Dövlət Başçılarının göstərişlərinə uyğun olaraq, üzv və müşahidəçi dövlətlərdə baş verən təbii və texnogen fəlakətlərə qarşı birlikdə hazırlaşmaq və müdaxilə etmək məqsədilə Qızıl Aypara və Qızıl Xaç Cəmiyyətləri arasında işbirliyinin inkişafı üçün şəbəkə qurulması mövzusu ələ alındı.

Baş tutan görüşdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan Qızıl Aypara Milli Cəmiyyətlərinin, Türk Kızılayın və Macarıstan Qızıl Xaç Milli Cəmiyyətinin işçi qrupu heyyəti iştirak etdi.

Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini icraçı direktor Ceyhun Mirzəyev təmsil edirdi.

Ceyhun Mirzəyev öz çıxışında “Təbii və texnogen fəlakətlər zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin digər Milli Cəmiyyətlərlə hər zaman birlikdə hərəkət etməyə hazırdır” – deyə bildirdi.

Görüşün gedişatında TDT katibliyinin hazırladığı konsept qeydi müzakirə olundu. Tərəflər işbirliyi şəbəkəsinin qurulması üçün nəzərdə tutulmuş razılaşma mətninin detallarını müzakirə edərək, növbəti aylarda bu əməkdaşlıq memorandumunun imzalanması barədə razılığa gəldilər.

1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.