Respublikamızda 25 illik yubileyi qeyd olunan Gənclər Günü AzQAC Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutdu. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti nin Baş katibinin müavini, gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Könül Ələsgərova ,Sumqayıt şəhərindən seçilmiş Millət Vəkillərinin köməkçiləri, əməkdaşlıq etdiyimiz tərəfdaş təşkilatların nümayəndələri, şəhərin ayrı-ayrı müəssisələrinin gəncləri və bölmə könüllüləri iştirak edirdilər.İlk öncə Gənclər və İdman Baş idarəsinin təşkil etdiyi Gənclər Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Vətən müharibəsində şəhid olanlar bir dəqiqəlik sükutla yad edildi.Açılışa giriş sözü ilə başlayan AzQAC sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmov görülən işlər barədə məlumat verərək, birgə fəaliyyət üçün şəhər gənclərinə və həmçinin xeyriyyə aksiyalarının ərsəyə gəlməsinə dəstək olan tərəfdaş təşkilatın nümayəndələrinə minnətdarlığını bildirərək, onlara bölmə tərəfindən hazırlanmış Fəxri Fərmanları təqdim etdi. “SOCAR Polymer” MMC, Paşa Həyat ASC, Paşa Bank ASC, Paşa Sığorta ASC, Lactalis Caspi MMC, Ordubad Marketin nümayəndələri də söz alaraq, görülən xeyriyyə işlərində qatqıları olduqlarından qürur duyduqlarını və bundan sonra də bölmənin bu yönümlü tədbirlərində onların yanında olacaqlarını bildirdilər. Bayram süfrəsi arxasında əyləşən qonaqlar və şəhər gəncləri bir-birini əvəz edən musiqi nömrələrini və bölmə könüllülərinin hazırladıqları Flash Mobu maraqla izlədilər.Sonda xatirə şəkilləri çəkildi.