274862515_4698763573576868_2086853260497118786_n

“Yerli icmaların Fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində fəaliyyətlər davam edir

Fevral ayı ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən yerinə yetirilən “Yerli icmaların Fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində rayon və şəhər bölmələrində sağlamlıqla bağlı müxtəlif fəaliyyətlər həyata keçirildi.

Belə ki, Sumqayıt, Qax, Lənkəran, Gəncə, Tovuz, Sabirabad, İmişli şəhər və rayon bölmələrində könüllülər arasında İlkin psixoloji yardım və Psixpsosial dəstək mövzusu üzrə təlimlər keçirildi.

24-25 fevral tarixlərində layihə meneceri Samirə Həsənli Sabirabad Dövlət Sosial İqtisadi Kollecində Sabirabad və İmişli rayon könüllüləri arasında aparılan eyniadlı təlimdə iştirak etdi. Təlimi təlimçi Mətanət Qaraxanova onlayn olaraq aparırdı. Mövzu üzrə bilik və bacarıqların artırılması və təkrarlanması məqsədi ilə təlimə eyni zamanda Qax, Sumqayıt, Tovuz, Mingəçevir, Ağdaş, Gəncə və Şəki rayon və şəhər bölmələrindən olan işçi və könüllülər də qoşuldular. Fövqəladə hallar zamanı psixoloji stresi yaradan amillər, ilkin psixoloji yardımın məqsədləri, fəaliyyət prinsipləri və psoxoloji dəstək haqqında geniş məlumat verilərək qrup işləri ilə iştirakçıların praktiki bilikləri möhkəmləndirildi.

Sabirabad və İmişlidə 2010-cu il tarixində Kür və Arazın daşqını xatırlanaraq, əhalinin böyük dərəcədə psixoloji stress ilə üzləşdiyi söylənildi. Bu səbəbədən bu kimi təlimlər hər hansı fövqəladə hallar zamanı icmaların psixoloji stresə və sağlamlığa dayanıqlığının artmasında əhəmiyyətli şəkildə rol oynadığı bildirildi.

Daha sonra Layihə meneceri Sabirabad rayon icmalarını – Kollecin bəzi siniflərini və Bulaqlı kənd orta məktəbini ziyarət etdi. İcma üzvləri ilə sağlamlıq mövzuları üzrə söhbət aparıldı və lifletlər paylanıldı.

Ay ərzində maarifəndirmə işləri həmçinin digər icmalarda da aparılmışdır. Belə ki, İcma könüllüləri Mingəçevir, Qax, Astara, Gəncə, Ağdaş Tovuz rayon icmalarında (məktəblər də daxil olmaqla) İlk yardım, İlkin psixoloji yardım və Psixoloji dəstək, Qızılca və Difteriya mövzuları üzrə sessiyalar keçirmişdilər.

274822469_304772798386661_3722347968237556835_n 274541307_303468471850427_8434859236884963278_n 274535070_1564061340642090_4820043623711930675_n 274128185_3288123981470829_3462267280944078250_n 273855800_1561223587592532_3999364326239188285_n (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.