Azərbaycan Qızıl AyparaCəmiyyətinin (AzQAC) 2021-2025 ci illər üzrə tutduğu Strategi planda ölkədə fəaliyyət göstərən dövlət və QHT ilə əmakdaşlığa xüsusi yer ayrılır. Buna əsasən, AzQAC nümayyəndələri “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində, COVID-19 pandemiyasında da, Bakı və digər rayonlarda icmalara sağlamlıqla bağlı dəstək verən təşkilatlarla sıx əməkdaşlıq edərək, təşkil olunan tədbirlərdə iştirak edirlər.
Belə ki, 2022ci il 12 mart tarixində Davamlı Turizm İnkişafına Dəstək İçtimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Hər kim 100 il yaşamasa günah onun özündədir. Sağlam yaşa 100 yaşa” adlı layihəsi çərçivəsində sağlamlıqla bağlı gənc qadınlar üçün seminar keçirildi.
AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru, Mətanət Qaraxanova seminar iştirakçılarına “Sağlam həyat tərzi” mövzusunda geniş təqdimatla çıxış etdi. O, seminar iştirakçılarına Ümumdünya Səhiyyə Təşkilatının “Sağlam həyat tərzi” anlayışını açıqlayıb, buna daxil olan düzgün qidalanma, fiziki aktivlik, zərərli vərdişlər, yoluxucu xəstəliklər, Vərəm, AİDS-lə bağlı məlumatları geniş şəkildə çatdırdı. Bununla yanaşı, iştirakçılara xəstəliyin qarşısının alınması (profilaktika), xəstəliyin səbəblərini aradan qaldırmaq və ya qarşısını almaq üçün tədbirlər sistemi barədə də geniş məlumatlar təqdim edildi. M.Qaraxanova tərəfindən iştirakçılara sağlam həyat tərzini sürmək bacarığına malik olmaq, nəyin sağlam və nəyin zərərli olduğu, özünü necə nizam-intizamla tənzimləmək, düzgün gündəlik rejimi qurmaq, həmçinin xüsusi prosedurları yerinə yetirmək və düzgün qidalanma haqqında xüsusi biliyə malik olmağın vacibliyi qeyd edildi. Bu baxımdan insanlara öz zəif tərəflərini bilmək və xəstəliklərin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görməyin vacibliyini və sağlam həyat tərzinin rolu barədə məlumatlar xüsusi vurğulandı. Seminar müddətində təqdimatda yer alan düzgün qidalanma ilə bağlı məlumatlar iştirakçılarda maraq yaradıb, bu mövzu ətrafında geniş müzakirəyə səbəb oldu.
İştirakçıların istəyilə, M.Qaraxanova COVID-19 pandemiya barədə və peyvəndlərlə bağlı onları narahat edən sualları da cavablandırdı. Sonda M.Qaraxanova iştirakçıların öz həyatlarında və cəmiyyətdə sağlam həyat tərzinin olmasına yönnələn tədbirləri vurğuladı və ÜST-n tövsiyyələrini səsləndirdi.
Digər COVID-19 pandemiya və peyvəndlərlə bağlı maarifləndirici tədbir tibb işçiləri üçün təşkil olunmuşdur.