Uzun müddət Azərbaycan Qızıl Aypara Cəmiyyətində çalışmış Səbinə Məhbubi-İran hal-hazırda Beynəlxalq Federasiyanın dəvəti ilə Moldovada müvəqqəti məskunlaşmış ukraynalı qaçqınlar üçün həyata keçirilən humanitar proqramlarda çalışır. Səbinə Məhbubi-İran Azərbaycan Qızıl Aypara Cəmiyyətində çalışdığı dövrdə əldə etdiyi bilik və təcrübə hazırda beynəlxalq humanitar fəaliyyətlərin həyata keçirilməsinə öz töhfəsini verir. O, çoxsaylı beynəlxalq tədbirlərdə, seminarlarda, treninqlərdə yaxından iştirak edib. Beynəlxlaq Federasiyanın Ərizə və şikayətlər komissiyasında milli cəmiyyəti layiqincə təmsil edib.Səbinə xanıma uğurlar arzu edirik.