TİKA (Türk İşbirliyi və Kordinasiya Agentliyi) ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında əməkdaşlıq davam edir. 16 Aprel 2022 tarixində də bu əməkdaşlıqlardan biri həyata keçirilib. TİKA ilə birlikdə Ramazan Proqramları yardımı həyata keçirilib. Yardımda iştirak edənlər arasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse prezidenti Qafar Əsgərzadə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov iştirak edib.
Səfir öz açıqlamasında bildirib ki, “TİKA 30-cu il dönümünü qeyd edir. Dünyanın müxtəlif yerlərində müxtəlif sahələrdə TİKA fəaliyyətləri bariz şəkildə görünür. Azərbaycanda da 30 ildir ki, fəaliyyət göstərir. TİKA-ya təşəkkür edir və əməyi keçən hər kəsə – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və digər təşkilatlara təşəkkür edirəm.”
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov öz növbəsində cənab səfir Cahit Bağcı-ya və TİKA-nın rəhbərinə təşəkkürünü bildirdi. Bu gün baş tutan tədbir bir daha qardaşlıq münasibətinin təzahürü olduğunu bir daha sübut edir deyə əlavə etdi.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse prezidenti Qafar Əsgərzadə isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı N.Aslanovun adından təşəkkür etdi. AzQAC-nin çoxsaylı üzvləri könüllülərin təşəkkürlərini bildirdi. Bu xeyirxah və insanı yardıma görə səfirə və TİKA-nin rəhbərinə dərin təşəkkürlərini bildirdi. Ramazan ayında payladığınız bu yardım ehtiyacı olan hər bir insanın süfrəsində yer alacaq deyə sözlərini tamamladı.