IMG_13873

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Nağd Əməliyyatlar üzrə Texniki İşçi Qrupunun növbəti iclası keçirilmişdir

20 Aprel 2022-ci il tarixində NPVY üzrə Texniki İşçi Qrupunun növbəti iclası keçirilmişdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və Nağd Əməliyyatlar üzrə məsul şəxsi Nuranə Qasımzadə və Beynəlxalq Federasiyanın Azərbaycandakı Nağd əməliyyatlar üzrə nümayəndəsi Hanifi Kınacının moderatorluğu və təqdimatı ilə baş tutan iclas zamanı, İşçi Qrupunun Texniki Tapşırıqlar sənədində qeyd olunan rol və vəzifələri, NPVY bacarıqlarının aşılanması üçün bölmələrin seçilməsi, May ayı üçün planlaşdırılmış fəaliyyətlər və İşçi Qrupu üzvləri arasında koordinasiyanın gücləndirilməsi və asanlaşdırılması üsulları mövzusunda müzakirələr aparılmış, rəy və təkliflər dinlənilmişdir. İclasda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq üzrə işçisi Rasim Allazov və Bərdədəki NPVY üzrə məsul şəxsi Almaz Həsənova qonaq qismində iştirak etmiş və öz təcrübələrini bölüşmüşlər. Sonda İşçi Qrupu tərəfindən alınmış qərarlar nəzərdən keçirilməsi və təsdiqlənməsi üçün rəhbərliyə təqdim edilmişdir.

IMG_13853 IMG_13873

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.