25 Aprel 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Milli Cəmiyyətin prezidenti, millət vəkili cənab Novruz Aslanov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı başçısı Ariane Bauer arasında ikitərəfli görüş keçirildi. BQXK-nin Azərbaycandakı başçısı Ariane Bauer ilə olan görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin və gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi oldu. Ənənəvi olan bu görüşlərdə hər zaman olduğu kimi birlikdə aparılan tədbirlər təqdim edilmiş, göstərilən qarşılıqlı dəstək qiymətləndirilmiş və səmərəli təkliflər irəli sürülmüşdür.