Məlumdur ki, humanitar təşkilatlar öz fəaliyyətlərini insansevərlik, xeyirxahlıq, mərhəmətlik kimi prinsiplərə əsaslanaraq, həyata keçirir. Bütün fəaliyyətlərdə sosial xidmətlərin təşkili komponenti mühüm yer tutur. Humanitar təşkilatların işçi heyyəti və könüllülərin sosial xidmətlərin təşkilinə dair bilik və bacarıqlarının təkmilləşdirilməsi mütəmadi təşkil olunur. Belə ki, noyabr ayının 19-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 25 nəfər işçi heyyəti və könüllüləri üçün (Gərargahın işçi heyyəti, Bakı Regional Mərkəzinin 11 rayon, Sumqayıt şəhər bölmələrinin sədr və gənclər üzrə təlimatçıları) „Sosial xidmətlərin təşkili“ adlı seminar təşkil olunmuşdur. Seminarı aparmaq üçün Azərbaycanda sosial işin inkişafında fəal iştirak və bir çox fəaliyyətləri icra edən Azərbaycan Sosial İş İctimai Birliyi (Gülnara Pənahova – sədr və lamiyyə Rzayeva -icraçı direktor) dəvət olunmuşlar. Seminarda sosial xidmətlərin növləri və prinsipləri, onların kim tərəfindən göstərilməsi, xidmətlərin təşkilində iştirak edən təşkilatlar barədə məlumatlar təqdim edilmişdir. Seminar iştirakçıları sosial xidmətlərin təşkilinə dair qruplarda müxtəlif tapşırıqları müzakirə etmişlər. Gələcəkdə bu kimi seminarların digər rayon bölmələrinin nümayyəndələri üçün keçirilməsi nəzərdə tutulur