IFRC və USAID –in dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Cənubi Qafqazda Yerli İcmaların Fövqəladə Hallar zamanı Sağlamlıq üzrə Dayanıqlılığının Gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran bölməsi 4-5 May, 2022-ci il tarixində rayon və icma əsaslı könüllülərə Epidemiya/Pandemiya mövzusunda 2 günlük təlim keçirdi. Tədbirdə Layihə rəhbəri Samirə Həsənli də iştirak edirdi. 6 May tarixində Astara və Lənkəran icmaları ziyarət olundu. Astarada Pəlikeş və Deqədi icmalarında, Lənkəranda Şilavar icmasında İlk yardım və bəzi infeksion xəstəliklər haqqında məlumatlar verilərək icma üzvləri ilə rəy və təkliflər müzakirələr aparıldı.