23 May 2022-ci il tarixində Tiflisdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının və Avstriya Qızıl Xaçının dəstəyi ilə Humanitar Diplomatiya mövzusunda Qafqaz ölkələri üzrə Milli Cəmiyyətlərin rəhbər heyəti üçün təlimlərə başlanılıb. Təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətindən vitse prezident Qafar Əsgərzadə, icraçı katib Ceyhun Mirzəyev və föqvəladə hallar şöbəsinin müdiri Elşən Səlimzadə iştrak edir. Təlimlər növbəti 3 gün ərzində davam edəcək. Tədbir zamanı AzQAC-nin Humanitar Diplomatiya mövzusunda olan fikirləri və təcrübələri paylaşılacaqdır.