23 May 2022-ci ildə Sumqayıt şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli bölmələrinin inkişafına dair 3 günlük seminarı başlayıb. Bu gün semiarın 2-ci günü tamamlanıb. Seminarın 2-ci günündə açılışı AzQAC-nin gənclər və könüllülər üzrə şöbə müdiri və icraçı katibin müavini Xalidə İsgəndrova edib. Seminarın 1-ci günü danışılanlar yenidən yada salınıb və yeni müzakirələr başlanılıb.
Daha sonra AzQAC-nin fandreyzinq şöbəsindən Teymur Kuseba fandreyzinq barədə məlumat verib. Fandreyzinqin əsas məqsidini və məntiqini izah edib. Seminarda daha sonra informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov və dijital kommunikasiya üzrə əməkdaş Vüsal Səfərli AzQAC-nin media siyasəti və sosial media davranışları barədə açıqlamalar verib. Bu iki təqdimat daha sonra sual-cavab formasında davam edib.
Seminarın irəliləyən saatlarında Xalidə İsgəndərova AzQAC-nin gənclər və könüllülər siyasətindən və fəaliyyətindən danışıb. Daha sonra isə bölmə iştirakçıları fərqli fəaliyyətlərlə məşğul olublar. Bir könüllünün təsvirini göstərərək, ideal könüllüdə hansı xüsusiyyətlərin olmasından danışılıb və bölmə işçilərinin ideal könüllünün təsvir etmələri istənilib. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Azərbaycan üzrə bölmə və könüllülərin inkişafı üzrə təmsilçisi Kimmo Juvas da bu fəaliyyətləri qiymətləndirib və bölmə iştirakçıları ilə birlikdə müzakirələr aparıb.
Seminar daha sonra AzQAC-nin Siyəzən, Abşeron, Quba, İsmayıllı və Qusar rayon bölmələrinin təqdimatları ilə davam edib və yekunlaşıb. Seminarın 3-cü günü sabah baş tutacaq.