Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti rəhbərlik və əməkdaşlar üçün Maarifləndirmə və Təbliğat Seminarı keçirmişdir. Seminar BQXQACF, BQXK və AzQAC nağd işçiləri tərəfindən keçirilib.
AzQAC-ın Baş Qərargahından və 8 regional bölməsindən 30-dan çox iştirakçının qatıldığı “NPVY üzrə Maarifləndirilmə və Təbliğat” seminarı iştirakçılar üçün böyük maraq doğurmuşdur. Bu yaxşı hazırlanmış tədbir komanda üzvlərinin bir araya gəlməsinə və nağd pul hazırlığı prossesinə cəlb olunmasına kömək etdi. AzQAC-ın Vitse-prezidenti və Regional şöbələrlə iş departamentinin rəhbəri Əziz Qocayev iştirakçıların diqqətini bir məqama çəkərək bildirdi ki, “Bu tədbir böhranlar zamanı nağd pul dəstəyi verməyə tam hazır olmaq üçün AzQAC-nin 2021-ci ilin əvvəlindən başladığı və gələn il davam edəcək yolun ən mühüm mərhələlərindən biridir.
Bu seminar AzQAC heyəti üçün bütünlükdə NPVY layihəsinin idarə edilməsini yaxşı başa düşmək və icma arasında NPVY ilə bağlı məsələləri təbliğ etmək üçün mühüm rol oynadı. AzQAC Rəhbərliyinin böyük iştirakı sayəsində NPVY üsulu təşkilatın mövcud digər yardım paylama imkanları üçün tamamlayıcı cavab variantı olacaqdır.
Seminarın aparıcıları həmçinin qarşıdan gələn aylarda AzQAC Könüllülərinin NPVY potensialını artırmaq üçün bu təşəbbüsün genişləndirilməsinin önəmini vurğuladılar.