21.05.2022-ci il tarixində IFRC və USAID –in dəstəyi ilə “Cənubi Qafqazda Yerli İcmaların Fövqəladə Hallar zamanı Sağlamlıq üzrə Dayanıqlılığının Gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsində Epidemiya/Pandemiya mövzusunda seminar keçirildi. Layihə çərçivəsində öncədən təlim almış bölmə könüllüsü Taleh Bədəlov 12 nəfər icmaəsaslı könüllülərə bölmənin ofisində geniş təqdimat edərək məlumatlar verdi. Hər mövzudan sonra müzakirə şəklində sual-cavab oldu. İştirakcıları maraqlandıran suallar cavablandırıldı.