IMG_20220608_164116

“Cənubi Qafqazda Yerli İcmaların Fövqəlada Hallar Zamanı Sağlamlıq Üzrə Dayanıqlığının Gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdaş rayon bölməsini ziyarət etdi

07-08 İyun 2022-ci il tarixində “Cənubi Qafqazda Yerli İcmaların Fövqəlada Hallar Zamanı Sağlamlıq Üzrə Dayanıqlığının Gücləndirilməsi”  layihəsi çərçivəsində layihə meneceri Samirə Həsənli Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdaş rayon bölməsini ziyarət etdi. O, könüllülər arasında təşkil olunmuş “Epidemiya ve Pandemiyaya hazırlıq” mövzusuna həsr olunmuş 2 günlük təlimdə iştirak etdi. Daha sonra  Gürcuva və Şəmsabad icmaları ziyarət olundu. İcma könüllüləri Ayaz Xəlilov adına Gürcuva kənd natamam orta məktəbində müəllim və şağird heyyəti və Şəmsabad kənd tibb məntəqəsində tibb işçiləri və digər kənd icma üzvləri üçün Vəba, Dizinteriya, Su Sanitariya ve Gigiyena, İlk Yardım üzrə təşkil olunmuş marifləndirici sessiya həyata keçirdilər. Fürsətdən istifadə edərək hər iki icmada İSİM-dən əldə edilmiş tütün əleyhinə və sağlam qidalanma mövzuları üzrə broşurlar paylanıldı.

IMG_20220607_154208 IMG_20220608_103409 IMG_20220608_122818 IMG_20220608_130340 IMG_20220608_130517 IMG_20220608_153150 IMG_20220608_164116

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.