2012-ci ilin oktyabr ayından başlayaraq AzQAC tərəfindən əfqan, yəmənli və pakistanlı miqrantlara cəmiyyətimiz tərəfindən diqqət və qayğı göstərilir. Ölkəmizdə məskunlaşan miqrantlar üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri, Milli Məclisin deputatı Novruz Aslanovun təşəbbüsü ilə təmənnasız təşkil edilən Azərbaycan dili dərsləri onların cəmiyyətə, aktiv həyata inteqrasiyasında, təhsil almalarında fəal rol oynayır. Dərslər AzQAC Miqrasiya şöbəsinin mütəxəssisi, İctimai layihələr proqramının əməkdaşı Sona Hacıyeva tərəfindən həyata keçirilir. 9 iyun 2022-ci tarixində tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Miqrasiya şöbəsi) və Davamlı Turizm İnkişafına Dəstək İctimai Birliyi ilə birgə miqrantlar üçün Azərbaycanın cənnət güşələrindən olan Hirkan Milli parkına gəzinti təşkil olunmuşdur. Miqrantlarla ətraf mühitin sağlamlığa təsirləri, sağlam həyat tərzi, dünyada baş verən ekoloji problemlər barədə məlumatları, əyani vəsaitləri istifadə edərək, təqdim etmişdir.
AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova miqrantlarla ətraf mühitin sağlamlığa təsirləri, sağlam həyat tərzi, dünyada baş verən ekoloji problemlər barədə məlumatları, əyani vəsaitləri istifadə edərək, təqdim etdi.
Turun sonunda miqrantlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Davamlı Turizm İnkişafına Dəstək İçtimai Birliyinə, xüsusən də Sona Hacıyeva və Mətanət Qaraxanovanın daim onlara dəstək və qayğı göstərdiklərinə görə dərin minnətdarlıqlarını bildirdilər.