18 İyun 2022-ci il tarixindən etibarən İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının nizamnaməvi görüşləri start götürdü. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, milli məclisin deputatı Dr. Novruz Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti də bu beynəlxalq konfransda iştirak edir.
Ümumilikdə, 18-24 İyun tarixlərində həm Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Baş Assambleyası, həm də nümayəndələr şurasının görüşləri keçiriləcək.