3621cdbe-40b2-4848-8448-7ba016127dff

Cenevrə şəhərində təşkil olunan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının XXIII Baş Assambleyasının 3-cü günü davam edir

Cenevrə şəhərində təşkil olunan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının XXIII Baş Assambleyası 3-cü günü davam edir.

Plenar iclaslar zamanı eyni zamanda Beynəlxalq Federasiyanın Gənclər Hesabatı təqdim olundu. AzQAC-nin gənc nümayəndəsi Nigar Rüstəmzadə çıxış edərək öncə Milli Cəmiyyətlərin gənclərinə belə böyük və əhəmiyyətli bir arenada çıxış etmək imkanı verdiklərinə görə Beynəlxalq Federasiyaya öz təşəkkürünü bildirdi. O, qeyd etdi ki, Azərbaycan Milli Cəmiyyətində gənclər həmişə diqqət mərkəzində olmuş və rəhbərlik tərəfindən daim dəstək və inamla qarşılanmışlar. O həmçinin, Fövqəladə Mobil Könüllü Dəstələrin fəaliyyəti baradə məlumat verdi və bu modelin uğurunu vurğuladı.
Görüşlərin gedişatı zamanı Milli Cəmiyyətin Prezidenti Novruz Aslanov ikitərəfli görüşlərə davam etdi. Görüşlər zamanı Milli Cəmiyyətlər arasında mövcud olan qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi müzakirə edilmişdir.
XXIII Baş Assembleya bugün yekunlaşacaqdır və Nümayəndələr Şurasının iclası sabahdan işə başlayacaq. Bu barədə əlavə məlumatlar veriləcəkdir.

62bd7ff7-0f88-4689-b278-221fc98ed7b92b33eba0-32ba-427f-9899-6688f0dae2d59bf4ecd2-e8be-4dd3-a63d-697ebe240211 3621cdbe-40b2-4848-8448-7ba016127dff ed60b1cf-6283-4369-83ba-a8c23dd2ee56

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.