2022 ci il 7 iyul tarixində Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Vərəm üzrə Təlim Mərkəzində Qazaxstan Respublikasında vərəmlə mübarizədə fəaliyyət göstərən dövlət və QHT-in nümayyəndələri üçün təşkil olunmuş növbəti beynəlxalq təlimə Azərbaycan Vərəmlə mübarizə QHT Koalisiyasının üzvləri dəvət olunmuşlar. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayyəndələri Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva və “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova ölkədə 2011-ci ildən yaradılan Azərbaycan Vərəmlə mübarizə QHT Koalisiyasının üzvləri olaraq, bu beynəlxalq görüşdə iştirak etmişlər. Görüşdə həm Koalisiyanın, həm də AzQAC-nin vərəm sahəsindəki fəaliyyətlər barədə məlumatlar təqdim olundu. Hər iki ölkə təcrübəsində oxşar və fərqli cəhətlər ilə bağlı təcrübə mübadiləsi aparılmışdır. Koalisiyanın müxtəlif istiqamətlərdə bir məqsədə xidmət edən fəaliyyətlərindən cəzaçəkmə müəssisələrdən azad olunaraq müalicələrini mülki sektorda davam etdirən keçmiş məhkumlara yanaşma proqramı, parlament üzvləri ilə içtimai vəkillik sahəsindəki fəaliyyətlər, vərəmli xəstələrlə aparılan psixo-sosial dəstək, miqrantlara yönnəldilən proqramlar, əhali arasında maarifləndirmə, ölkədə Koalisiya tərəfindən əldə edilmiş və istifadə olunan süni intellekt texnologiyaya aid FDR-X rentgen apparatı ilə skrininların təşkili və s. məlumatlar qonaqları çox maraqlandırdı. Bu məlumatlar ətrafında geniş müzakirələr aparıldı.